"Alternativ Əməliyyat" əsərindən mənalı sitatlar | Elxan Elatlı

 Daha çox dedektiv kitabarı ilə tanınan Elxan Elatlının  «Alternativ Əməliyyat»  əsəri 44 günlük Vətən müharibəsindən bəhs edir.

Nadana nəyisə izah etməyə çalışmaqla aşsüzənə su doldurmağa çalışmaq arasında heç bir fərq yoxdur.

Alternativ Əməliyyat, Elxan Elatlı

 


Alternativ Əməliyyat əsərindən mənalı sitatlar | Elxan Elatlı

  • Unutmayın ki, yüz çaqqal yığılsa, bir canavara nəsə edə bilməz.
  • -Baxan da deyər ki, sabah döyüşə yox, toya gedirsən.
    -Döyüş elə mənim üçün toy kimi bir şeydir.
  • Sevdiyi bu adam bir sözü ilə onun qəlbini yaralasa da, yenə onu düşünür, salamat olmağını arzulayırdı.
  • Makiyajla-filanla arası yox idi. Sadəliyi və təbiliyi hər şeydən üstün tuturdu.
  • Əgər iki adam eyni bir kitabı sevərək oxuyubsa, bu artıq onların həyatında və düşüncə tərzində oxşarlığın olduğunu göstərir.

«Alternativ Əməliyyat» əsərindən mənalı sitatlar | Elxan Elatlı 

Uca Yaradan yaratdığı insanlara beyinlərinin dözə biləcəyi qədər eşitmə, görmə, düşünmə qabiliyyəti verdiyi kimi, ürəklərinin dözə biləcəyi qədər də sevmə qabiliyyəti verib.

Alternativ Əməliyyat, Elxan Elatlı

 

  • Ayçöhrə istəyirdi soruşsun ki, kişi üçün bu dedikləri qadına da aiddirmi. Lakin çəkindi, soruşmadı. Bir də nə mənası vardı soruşmağın? Alacağı cavabı onsuz da bilirdi. Bilirdi ki, əri «kişi başqa, qadın başqa» cavabını verəcək. Buna adı kimi əmin idi. Çünki Azərbaycanda bunun əksini deyə biləcək bircə kişinin belə var olduğuna inanmırdı...
  • Düşünürdü ki, görəsən, Ələmdar onun tabeliyində olsaydı, onu belə ağır, ölüm riski yüksək olan əməliyyata göndərərdimi? Yəqin ki, göndərməzdi. Hətta canından çox sevdiyi bu adamın Leopard ləqəbli qeyri-adi gücə malik döyüşçü olmasına baxmayaraq, göndərməzdi...
  • Bəzən insanları aldatmaq lazımdır. Həqiqəti demək heç də həmişə xoşbəxtlik gətirmir...
  • Gözləyirdi ki, Gültən «yox, sevdiyim yoxdur» deyəcək. Lakin qız bu suala müəmmalı bir cavab verdi:-Sevdiyim olsa da, olmasa da, ailə qurmaq mənlik deyil. Mən özümü vətənə, dövlətə həsr etmişəm. Baratov məni uşaq evindən götürərək belə yetişdirib və şəxsiyyət vəsiqəmdə atamın adını Dövlət, anamınkını isə Vətən yazdırıb.
  • -Ata-a, salam, necəsən? Niyə gəlmirsən? Hər axşam səni gözləyirəm. Ana deyir ki, yatsan atan gələcək. Yatıram, yatıram, yatıram, amma sən gəlmirsən. Deyir ki, yemək yeməsən, ata gəlməyəcək, ye ki, gəlsin. Yeyirəm, yeyirəm, yeyirəm, çox yeməkdən gombul qız olmuşam, amma sən gəlmirsən.
  • Əgər bir əsgərin komandiri döyüş zamanı ruhdan düşübsə, onda həmin əsgər düşmən üçün cansız hədəfdən başqa bir şey deyil.
  • Bir uşağın ölümünü istəməyə mane olacaq qədər (vicdan) var.
  • Düzdür,adam ömrü boyu xoşbəxt ola bilməz.Amma adama xatirə qalacaq bir xoşbəxt anı görmədən ölmək böyük fəlakət olar,məncə.

 

–İblis nədir?
–Cümlə xəyanətlərə bais!
–Ya hər kəsə xain olan insan nədir? İblis!
(Hüseyn Cavid)

Alternativ Əməliyyat, Elxan Elatlı

 

 

0 şərh